“Zirə” bu gün mövsümün ikinci yarısının hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda bir araya gələn "qartallar"da ilk olaraq baş məşqçi Ayxan Abbasov mövsümün qalan hissəsi ilə bağlı futbolçularla söhbət edib. Komandanı qarşıda çətin oyunlar gözlədiyini bildirən Abbasov futbolçulara tövsiyələrini verib. O, həmçinin yeni oyunçuları komandaya təqdim edib və onlara uğurlar arzulayıb.
Yalnız yerli futbolçuların iştirak etdiyi məşqə komandanın yeni transferləri də qatılıb. Legionerlər isə bir neçə gündən sonra çalışmalara qoşulacaq. Qəsəbə klubu BOS-un ehtiyat meydançasında yüngül məşqlə kifayətlənib.
saytlarin hazirlanmasi