"Neftçi" ukraynalı futbolçuyla bağlı qərar verdi

13:35 - 5 Yanvar 2018

"Neftçi" müdafiəçisi Kiril Petrovla bağlı yekun qərar verib.

 

Sportal.az xəbər verir ki, ukraynalı müdafiəçinin transferi üçün Türkiyənin I Liqasında çıxış edən "Girəsunspor" klubundan təklif alan "ağ-qaralar" onu komandada saxlamaq qərarına gəliblər. 27 yaşlı müdafiəçi qış transfer pəncərəsində "Neftçi"dən ayrılamayacaq.

 

Qeyd edək ki, ukraynalı futbolçu bu mövsüm “Neftçi”nin heyətində 13 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti