"Bavariya" futbolçusunu geri qaytarır

17:47 - 6 Yanvar 2018

"Bavariya" İngiltərənin "Suonsi Siti" klubuna icarəyə verdiyi Renato Sançeşi geri qaytarmaq istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Mais Futebol" nəşri məlumat yayıb. Münhen təmsilçisi mövsümün sonuna kimi Premyer Liqa klubuna icarəyə veridiyi 20 yaşlı yarımmüdafiəçini geri qaytarmaqla mərkəz xəttdə rəqabəti artırmaq istəyir. Portuqaliya millisinin üzvü "Suonsi Siti"də oynadığı oyunlarda qol və assistlə yadda qalmayıb. Performansını aça bilməyən futbolçu daha çox ehtiyatda qalır.

 

Qeyd edək ki, "Bavariya" 2016-cı ildə 35 milyon avroya "Benfika"dan transfer edib.

Xəbər xətti