"Sumqayıt"ın əsas komandası kimi əvəzediciləri də Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.
Sportal.az xəbər verir ki, Elbrus Məmmədovun rəhbərlik etdiyi komanda bu gündən etibarən Sumqayıtda məşqlərə başlayıb. Hazırlıq mərhələsi və ümumi plan barəsində baş məşqçi klubun rəsmi saytına açıqlama verib:
"Bu gündən, yanvarın 8-dən etibarən hazırlıqlara start verdik. Plana uyğun olaraq, ayın 20-dən etibarən isə təlim-məşq toplanışına oturacağıq. Hazırlıq mərhələsi çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İlk rəqib artıq məlumdu. Yanvarın 13-də 1-ci divizion təmsilçisi "Xəzər"lə üz-üzə gələcəyik. Digər yoxlama oyunları üçün danışıqlar gedir. Bu həftənin sonuna qədər bütün rəqiblər dəqiqləşəcək. Əsas məqsədimiz çempionatın ikinci yarısı üçün tam hazır vəziyyətə gəlməyimizdi".
"Sumqayıt"ın əvəzedicilərinin "Xəzər"lə yoxlama oyunu yanvarın 13-də saat 13:30-da başlayacaq.
saytlarin hazirlanmasi