Qış transfer pəncərəsində PSJ-dən ayrılacağı gözlənilən Hatem Ben Arfa qərarını verib.
Sportal.az xəbər verir ki, fransalı vinger Paris klubunda qalacaq. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb. Bir çox klublarla danışıqlar aparan Ben Arfa imza pulu istədiyi üçün heç bir komanda ilə razılığa gələ bilməyib. Bu səbəbdən PSJ ilə 6 aylıq müqaviləsi qalan futbolçu paytaxt klubundan ayrılmayacaq.
Qeyd edək ki, 30 yaşlı vinger 2016-cı ildən "Nitsa"dan ayrıldıqdan sonra PSJ-yə azad agent statusu ilə keçmişdi.
saytlarin hazirlanmasi