İtaliyanın "İnter" klubu Moskvanın "Lokomotiv" klubunda forma geyən Manuel Fernadeslə maraqlanır.
Sportal.az xəbər verir ki, Rusiya Premyer Liqasında mart ayına qədər fasilədir və Fernandes bu transferə müsbət yanaşır. Ancaq Moskva təmsilçisi çempionatda lider olduğü üçün Fernandesi əldən buraxmaq istəmir. Buna baxmayaraq, A Seriya təmsilçisi bu keçid üçün israrlıdır.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü ola 31 yaşlı yarımmüdafiəçi 2014-cü ildə "Lokomotiv"ə "Beşiktaş"dan keçmişdi. O, bu mövsüm 28 oyuna 9 qol vurub və 6 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi