"Sumqayıt" hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi qardaş ölkəyə yola düşüb. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komanda "The Sense De Luxe" hotelində məskunlaşacaq.
"Sumqayıt" qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın "Poqon", 28-də Makedoniyanın "Akademiya Pandev", 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi