"Neftçi" barədə danışmaq mənim üçün çətindi"

11:11 - 23 Yanvar 2018

“Bu cür hesablı qələbədən sonra nədənsə narazılıq etmək məncə, düzgün olmazdı. O ki, qaldı oyuna, nəticənin bu cür böyük olmasına səbəb olan xüsusiyyətlərimizi daha da inkişaf etdirmək lazımdı".

 

Sportal.az xəbər verir ki, bu sözləri yoxlama oyununda “Neftçi”ni 8:1 hesabı ilə darmadağın edən  Rusiyanın “SKA-Xabarovsk” klubunun baş məşqçisi Rinat Bilyaletdinov deyib. 60 yaşlı mütəxəssis standart vəziyyətlərdən yaxşı istifadə etdiklərini bildirib: "Standart vəziyyətlərdən yaxşı istifadə etdik. Düzdür, hər dəfə bu cür alınacağına təminat vermək çətindi, lakin futbolçular bunu bacardıqlarını sübut etdilər. Güclü yağışa rəğmən, meydança yaxşı vəziyyətdə qaldı, sürətli futbol oynamağa imkan verdi. Buraxdığımız qol analiz üçün imkan verir”.

 

Bilyaletdinov "Neftçi" barədə nəsə danışmaqda çətinlik çəkdiyini deyib: “Oyuna sürətli başladıq ki, rəqib bunu gözləmirdi. “Tirana” ilə oyunda ilk qolu qapıçı bizə hədiyyə etmişdisə, bu dəfə hər şeyi özümüz etdik. Rəqib barədə danışmaq mənim üçün çətindir. Ola bilsin, məşqlərdə çox yükləniblər, ancaq bu gün biz çox sürətli idik”.

Xəbər xətti