“Bavariya” klubunun İdarə Heyətinin sədri Karl-Hayns Rummenige açıqlama verib.
Sportal.az xəbər verir ki, klub rəsmisi "Şalke"dən transfer edilən Leon Qoretskayla bağlı danışıb. O, bildirib ki, 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün "Barselona" ilə mübarizə aparıblar:
"Qoretska Almaniya futbolunun yeni parlayan ulduzudur. Leon böyük potensiala sahibdir. Onu "Barselona"nın əlindən aldıq. Əgər Qoretskanı transfer etməsəydik, dəlilik olardı".
Qeyd edək ki, Almaniya millisinin üzvünün "Şalke" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. O, iyun ayında "Bavariya"ya azad agent statusu ilə qoşulacaq. Tərəflər arasında 5 illik müqavilə imzalanıb.
saytlarin hazirlanmasi