"Neftçi" dördüncü oyununda da uduzdu

20:13 - 27 Yanvar 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün hazırlıq çərçivəsində dördüncü yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Tərlan Əhmədovun kollektivi Rusiyanın "Krılya Sovetov" klubu ilə qarşılaşıb. "Neftçi" 0:2 hesabı ilə uduzub.

 

Samara təmsilçisi Rusiya birinci divizionunda 25 turdan sonra 51 xalla 3-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki,  "Neftçi" bunadək keçirdiyi hər üç  yoxlama matçında uduzub. “Ağ-qaralar” əvvəlcə Rusiya Premyer Liqasının autsayderi "OİK-Xabarovsk"a 1:8, sonra isə Rumıniya "Konkordiya"sı və Bolqarıstan "Slaviya"sına 0:1 hesabı ilə uduzub.


27 yanvar

Yoxlama oyunu

 

"Neftçi" - "Krılya Sovetov" - 0:2

Xəbər xətti