Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ötən gün hazırlıq çərçivəsində dördüncü yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Tərlan Əhmədovun kollektivi Rusiyanın "Krılya Sovetov" klubu ilə qarşılaşıb. "Neftçi" 0:2 hesabı ilə uduzub.
Samara təmsilçisi Rusiya birinci divizionunda 25 turdan sonra 51 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Neftçi" bunadək keçirdiyi hər üç yoxlama matçında uduzub. “Ağ-qaralar” əvvəlcə Rusiya Premyer Liqasının autsayderi "OİK-Xabarovsk"a 1:8, sonra isə Rumıniya "Konkordiya"sı və Bolqarıstan "Slaviya"sına 0:1 hesabı ilə uduzub.
27 yanvar
Yoxlama oyunu
"Neftçi" - "Krılya Sovetov" - 0:2
saytlarin hazirlanmasi