"Antalyaya gələndən bəri fiziki yükləmələrə fikir verirdik. Ona görə də uşaqlarda yorğunluq vardı. Futbolçulara ayrı-ayrılıqda iki 45 dəqiqənin oynanılmasına dair tapşırıq vermişdik".
Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Antalyada təlim-məşq toplanışı çərçivəsində Rumıniya təmsilçisi “Volnutari”ni 2:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edərkən deyib. O, futbolçularının istəkli oynadığını bildirib:
"Hiss olunur ki, əvvəlki yoxlama matçlarında buraxdığımız səhvləri tədricən azaltmışıq. Amma yenə də çatışmazlıqlarımız var. Qarşıdakı iki oyunda bu səhvlər üzərində üzərində işləməyə çalışacağıq. Məqsədimiz çempionata hazır olmaqdır. Zədəlilərimiz sağalıb. Orxan Əliyev bu gün 45 dəqiqə oynaya bildi. Qapıçımız Anar Nəzirov komanda ilə məşqlərə başlayıb. Bu, bizi sevindirir. Yeni transferlərimiz Elşən Abdullayev, Mirsahib Abbasov və Telllur Mütəllimov öz klublarında az oynamışdılar. Onlar da bizim kollektivə uyğunlaşırlar. Ümumən götürsək, durumumuz normaldır. Bilirik ki, Premyer Liqasının qalan iki dövrəsi gərgin keçəcək. Digər klubların da gücləndiyini görürük”.
saytlarin hazirlanmasi