"Bavariya"nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin aparıcı üzvlərindən olan Tomas Müller sıradan çıxıb. Təcrübəli futbolçu Almaniya kubokunun 1/4 final mərhələsində "Paderborn"la oyunun (6:0) 32-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.
Almaniya millisinin üzvü tibbi müayinədən keçdikdən sonra durumuna aydınlıq gələcək.
Qeyd edək ki, Müller bu mövsüm "Bavariya"nın heyətində 17 Bundesliqa matçında meydana çıxıb və 4 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi