Ardıcıl 7-ci dəfə ölkəsində ilin futbolçusu seçildi

13:59 - 12 Fevral 2018

Polşada 2017-ci ilin ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovski bu mükafata sahib çıxıb.  29 yaşlı forvard ardıcıl 7-ci dəfə  Polşada ilin yaxşı futbolçusu adına yiyələnib.

 

Qeyd edək ki, Levandovski bu mövsüm Bundesliqada 21 oyuna 19 qol vurub. 2008-ci ildən Polşa millisində çıxış edən forvard 91 oyuna 51 dəfə rəqib qapılarına yol tapıb. 

Xəbər xətti