Almaniyanın “Volfsburq” klubunun baş məşqçisi Martin Şmidt istefa verib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərliyi 40 yaşlı mütəxəssisin istefasını qəbul edib. Ayrılığa komandanın uğursuz çıxışı səbəb olub.
Qeyd edək ki, “Volfsburq” geridə qalan 23 turdan sonra 24 xalla 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi