"Volfsburq"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Bundesliqa klubunu Bruno Labbadia çalışdıracaq. Klubun rəsmi saytının yaydığı məlumata görə, 52 yaşlı mütəxəssislə 2019-cu ilədək müqavilə imzalanıb.
Məşqçilik karyerasına "Darmştadt"da başlayan Labbadia "Bayer", "Hamburq", "Ştutqart" kimi Bundesliqa klublarında çalışıb.
Qeyd edək ki, alman mütəxəssis bu postda Martin Şmidti əvəzləyib.
saytlarin hazirlanmasi