"Borussiya" 1 xalla kifayətləndi VİDEO

01:30 - 27 Fevral 2018

Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Borussiya" Dortmund evdə "Auqsburq"la 1:1 hesablı heç-heçə edib.

 

Bundesliqanın turnir cədvəlinə 60 xalla "Bavariya" başçılıq edir. "Borussiya" Dortmund 41 xalla 2-ci, "Şalke" 40 xalla 3-cü, "Ayntraxt" 39 xalla 4-cüdür. "Auqsburq" isə 32 xalla 8-ci pillədə qərarlaşıb.

 

“Borussiya" – “Auqsburq” - 1:1

Qollar: Roys, 16 - Danso, 73

 

 

Xəbər xətti