Millinin hücumçuları söz davasına çıxdılar

12:12 - 7 Mart 2018

Almaniya yığmasının üzvləri - Sandro Vaqnerlə Mario Qomes açıqlama veriblər.

 

Sportal.az xəbər verir ki, "Bavariya"nın hücumçusu Sandro Vaqner Almaniyanın ən güclü forvardı olduğunu dilə gətirib:

 

"Yığma ilə dünya çempionatında olmağı haqq edirəm. Məncə, Almaniyanın ən yaxşı hücumçusuyam. Bunu min dəfə demişəm və heç zaman dəyişməyəcək.Bütün komandalarda - "Darmştadt", "Hoffenhaym" və "Bavariya"da qollar vurdum və indi də davam edirəm. Qərarı isə millinin baş məşqçisi Yoahim Löv verəcək və hər qərarı qəbul edəcəm. Mən pozitiv düşünürəm. Çox çalışıram. Digər rəqiblərim məni maraqlandırmır. Onsuz da bir nəfərə dünya çempionatı şansı verilmişdi".

 

Sandro Vaqnerin açıqlamasına isə "Ştuttqart"ın forvardı Mario Qomes münasibət bildirib:

 

"Sandro ilə dava etmək fikrim yoxdu, ancaq o, bunu edir. Kiminləsə yarışmıram. Sadəcə, yaxşı oynamaq və dünya çempionatına getmək istəyirəm".

 

Bundesliqada bu mövsüm 23 oyuna çıxan 32 yaşlı Qomes 5 qol və 5 assistlik performans sərgiləyib. 30 yaşlı Vaqner isə 24 oyun keçirib və 9 oyun, 4 assistlə yadda qalıb.

Xəbər xətti