Berezutski qardaşları millidən getdilər

10:57 - 8 Mart 2018

Rusiya yığmasının müdafiəçiləri - Vasili və Aleksey Berezutski qardaşları milli karyeralarını başa vurublar.

 

Sportal.az xəbər verir ki, 35 yaşları olan qardaşlar səhhətləri ilə bağlı bu cür qərar qəbul ediblər.

 

Qeyd edək ki, V. Berezutski millidə 101, A. Berezutski isə 58 oyun keçirib. Hər iki futbolçu hazırda Moskvanın ÇSKA klubunda çıxış edir.

Xəbər xətti