"Bavariya"da yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi müdafiəçi Coşua Kimmixlə sözləşmənin müddaini uzadıb. Bundesliqa klubunun rəsmi saytının yaydığı məlumata görə Almaniya millisinin üzvü ilə 2020-ci ildə bitməli olan müqavilənin müddəti 2023-cü ilədək uzadılıb.
Qeyd edək ki, 23 yaşlı futbolçu "Bavariya"ya 2015-ci ildə "Leyptsiq"dən transfer olunub. O, münhenlilərin heyətində meydana çıxdığı 109 qarşılaşmada 13 qol vurub.
saytlarin hazirlanmasi