Rusiya millisində zədə şoku: mundialdan kənar qalacaq

14:24 - 17 Mart 2018

Avropa Liqasının 1/8 final mərhələsində "Leyptsiq"lə cavab matçında (1:1) zədələnən “Zenit”in futbolçusu Aleksandr Kokorinin durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu diz bağlarından əməliyyat olunub. Romada baş tutan əməliyyat uğurlu alınıb. Kokorinin bərpa prosesi 4-5 ay çəkəcək.

 

Rusiya millisinin üzvü yayda ölkəsində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Xəbər xətti