“Bavariya” klubunun İdarə Heyətinin sədri Karl-Hayns Rummenige açıqlama verib.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, klub rəsmisi komandanın hücumçusu Robert Levandovskinin gələcəyilə bağlı danışıb. O, polşalı forvardın satılmayacağını bəyan edib:
"2008-ci ildə Frank Riberi üçün inanılmaz təklif almışdıq. O zamandan bəri, futbol dünyası biz istəməyənə kimi, "Bavariya"dan heç bir futbolçunu ala bilməyəcəyini bilir. Bu, Robert Levandovski üçün də keçərlidir. Robert növbəti mövsüm bizimlə olacaq".
Rummenige mövsümün sonunda müqavilələri başa çatacaq Frank Riberi və Aryen Robenin taleyinə yaxın müddətə aydınlıq gələcəyini bildirib:
"Hər ikisiylə aprelin əvvəlində danışacağıq və qərar verəcəyik. Yaxın zamanda hər şey bəlli olacaq".
Qeyd edək ki, 29 yaşlı Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir. Onun adı "Real" və "Mançester Yunayted"lə birgə hallanırdı.
saytlarin hazirlanmasi