“Rubin”in türk futbolçusu Gökdəniz Qaradəniz mövsümün sonunda karyerasını başa vuracaq.
Sportal.az xəbər verir ki, 38 yaşlı futbolçu bununla bağlı keçirdiyi mətbuat konfransında açıqlayıb. Gökdəniz Qaradənizin 61 nömrəli forması əbədiləşdiriləcək.
Hücumçu Kazan klubunda 2 dəfə Rusiya çempionluğunu, Rusiya kubokunu və 2 dəfə də Super kubokunu qazanıb.
Gökdəniz “Rubin”in heyətində 299 oyun keçirib, 52 qol vurub.
saytlarin hazirlanmasi