"Zenit" baş məşqçisi Roberto Mançini ilə yolları ayırdı.
Sportal.az xəbər verir ki, 53 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı şəkildə ləğv edilib. İtaliyalı mütəxəssis Rusiya klubundan təzminat tələb etməyəcək. Mançininin yeni iş yeri isə İtaliya milli komandası olacaq.
Qeyd edək ki, təcrübəli çalışdırıcı ötən ildən "Zenit"də işləyirdi. Sankt-Peterburq təmsilçisi onun rəhbərliyi altında mövsümü 5-ci pillədə başa vurub.
Mançini ilk dəfə milli komanda çalışdıracaq.
saytlarin hazirlanmasi