Füzuli Məmmədovun komandası gümüş mükafatçı oldu

16:16 - 14 May 2018

Bu gün futbol üzrə "Bakcell U-17" liqasında 32-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, bütün diqqətlər Ağsu şəhər stadionuna yönəlmişdi. Yerli komanda "Ağsu" Bakının  "Səbail" kollektivini qəbul edib. Qarşılaşmadan 7-0 hesabı ilə qalib ayrılan Füzuli Məmmədovun baş məşqçisi olduğu "Səbail" çempionatın sonuna bir tur qalmış gümüş medalların sahibi olub.

 

Son turda "Zirə"yə qarşı keçiriləcək oyun "Səbail" üçün formal xarakter daşıyacaq. Həmin oyunda "Səbail" məğlub olsa belə, ən yaxın izləyicisi "Neftçi"dən şəxsi oyunlara görə üstün olması nəticəyə təsir etməyəcək.

 

Bürünc medalların sahibinin "Neftçi" və ya "Keşlə" olmasına sonuncu turda aydınlıq gələcək. Qeyd edək ki, U-17 liqasının çempionu "Qəbələ" olub.

Xəbər xətti