"Çelsi" hücumçusu üçün 57 milyon tələb etdi

17:12 - 27 May 2018

"Borussiya" qış fasiləsində "Çelsi"dən icarəyə götürdüyü Mişi Batşuaiyinin transfer hüququna sahib olmaq üçün London klubu ilə danışıqlara başlayıb.

 

Sportal.az xəbər verir ki, "zadəganlar" Dortmund klubundan bu keçid üçün 57 milyon avro tələb edib və belçikalı hücumçu üçün yekun qərarı dünya çempionatından sonra verəcəyini bildirib. 

 

İngiltərə mətbuatında yer alan xəbərə görə, "Borussiya" bu rəqəmin aşağı salınmasını istəyib.

Xəbər xətti