Millimizin üzvü baş məşqçisiz qaldı

12:30 - 29 May 2018

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Aue" klubunun baş məşqçisi Hannes Dryus istefa verib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

Qeyd edək ki, II Bundesliqada çıxış edən "Aue” mövsümü 40 xalla 16-cı pillədə başa vurub və liqada yerini qorumaq üçün pley-offda "Karlsrue”dən iki oyunun nəticəsinə görə üstün olub və çempionatda qalıb.

Xəbər xətti