"Bavariya"nın hücumçusu Robert Levandovski klubdan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, bu barədə 29 yaşlı futbolçunun agenti Pini Zahavi "Bild"ə açıqlamasında deyib: "Robert dəyişiklik etmək istəyir. O, karyerasında yeni bir macəra arzu edir".
Polşalı hücumçunun xidmətində PSJ, "Mançester Yunayted" və "Çelsi" maraqlıdır.
Qeyd edək ki, Levandovskinin "Bavariya" ilə 2021-ci ilə qədər müqaviləsi var.
saytlarin hazirlanmasi