"Zenit" sabiq futbolçusunu baş məşqçi təyin etdi

15:59 - 30 May 2018

Roberto Mançini ilə yolları ayıran “Zenit”in yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, komandanı Sergey Semak çalışdıracaq. 42 yaşlı mütəxəssis Sankt-Peterburq təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Rusiya millisinin sabiq üzvü 2010-2013-cü illərdə “Zenit”in futbolçusu olub. O, son olaraq “Ufa”nı çalışdırıb.

Xəbər xətti