30 yaşlı baş məşqçi "Real"ın təklifini rədd etdi

19:02 - 4 İyun 2018

“Hoffenhaym”ın baş məşqçisi Yulian Naqelsmann verdiyi qərarla hər kəsi təəccübləndirib.

 

Sportal.az xəbər verir ki, gənc mütəxəssis “Real”dan təklif alsa da, bundan imtina edib. 2022-ci ilə qədər klubla müqaviləsi olan almaniyalı mütəxəssis ayrılmaq niyyətin olmadığını bildirib.

 

Naqelsmann daha öncə "Bavariya"nın da təklifini rədd etmişdi. Münhen klubu daha sonra Niko Kovaçla anlaşmışdı.

 

Qeyd edək ki, 30 yaşlı çalışdırıcı “Hoffenhaym”da 2016-cı ildən işləyir. Komanda Bundesliqada başa çatan mövsümdə 3-cü yeri tutaraq, Çempionlar Liqasına vəsiqə qazanıb.

Xəbər xətti