Ölkə kubokunu qazandı, fəaliyyətini dayandırdı

15:22 - 10 İyun 2018

Rusiyanın "Tosno" klubu fəaliyyətini dayandırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun sponsoru olan "FortGroup"un rəhbəri Maksim Levçenko məlumat verib. O, böhrana görə klubun fəaliyyət göstərməyəcəyini qeyd edib.

 

2013-cü ildə yaranan klub RUsiya kubokunun son qalibi idi. Komanda Rusiya kubokunu qazansa da, Premyer Liqada 15-ci pilləni tutaraq, I Diviziona düşmüşdü. Üstəlik, "Tosno"ya avrokuboklarda çıxış etmək üçün lisenziya verilməmişdi.

Xəbər xətti