"Bavariya"dan ayrılacağı gözələnilən Jerom Boatenqə "elçi düşən" ilk klub məlum olub.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" Almaniya millisinin üzvünün keçidi üçün Münhen təmsilçisinin qapısını döyüb. Bundesliqa klubu "qırmızı şeytanlar"dan bu keçid üçün 57 milyon avro tələb edib. "Mançester Yunayted" bu rəqəmi aşağı salmaq üçün danışıqları davam etdirir.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2011-ci ildə "Mançester Siti"dən "Bavariya"ya transfer olmuşdu.
saytlarin hazirlanmasi