Bekenbauerin nəvəsi Bundesliqa klubuna transfer oldu

13:29 - 22 İyun 2018

Almaniya futbolunun əfsanələrindən olan Frans Bekenbauerin nəvəsi Luka Bekenbauer "Hanover 96"ya transfer olub.

 

Sportal.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. 17 yaşlı mərkəz müdafiəçisi ilə rəsmi müqavilə imzalanıb. Gənc futbolçu "Hannover"in U-19 komandasında çıxış edəcək.

 

Qeyd edək ki, futbola "Bavariya"nın akademiyasında başlayan Luka son 2 mövsümü "Şalke"nin U-17 komandasında keşirib.

Xəbər xətti