“Bavariya” yeni baş məşqçisi Niko Kovaçı ictimaiyyətə təqdim edib.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin təqdimat mərasimi bu gün keçirilib. Tədbirdə Kovaç təəssüratlarını bölüşüb: “Yenidən burdayam. “Bavariya”nın məni seçdiyinə görə xoşbəxtəm. Bütün futbolçuların inkişaf etməsini və klubun məqsədinə çatmasını hədəf seçmişik”.
Kovaç sentyabrın 1-dən yeni işinə başlayacaq.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis son olaraq “Ayntraxt”ı (Frankfurt) çalışıdırıb.
saytlarin hazirlanmasi