Qazzayev Qolovinin yeni klubunun adını açıqladı

14:51 - 8 İyul 2018

DÇ-2018-də Rusiya millisinin heyətində diqqət mərkəzində olan Aleksandr Qolovin haqda yeni iddia yayıldı.

 

Sportal.az xəbər verir ki, Moskvanın ÇSKA klubunun sabiq baş məşqçisi Valeri Qazzayevin sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi İngiltərənin "Çelsi" klubu ilə anlaşıb: "Məlumatlarıma əsasə, Qolovin "Çelsi" ilə anlaşıb. Fikrimcə, İngiltərə Premyer Liqası onun üçün doöru seçim oldu. Orada özünü inkişaf etdirəcək".

 

ÇSKA-nın "Çelsi"dən bu keçid üçün 27 milyon avro təzminat alacağı haqda xəbərlər yayılıb.

 

Qeyd edək ki, Qolovinin ÇSKA ilə 2021-ci ilə kimi müqaviləsi var.

Xəbər xətti