PSJ-nin transfer hədəfində olan Jerom Boatenqlə bağlı "Bavariya" cəbhəsindən açıqlama gəldi.
Sportal.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Tomas Tuhelin transfer radarında olan müdafiəçi ilə bağlı Münhen klubunun çalışdırıcısı Niko Kovaç danışıb. Xorvatiyalı mütəxəssis almaniyalı müdafiəçinin komandada qalacağını düşünür:
"Tuhelin yaxşı oyunçular axtardığını bilirəm. Ancaq bizdən transfer etmək asan olmayacaq. Boatenqin komandada qalacağını düşünürəm".
"Bild" nəşri "Bavariya"nın 29 yaşlı futbolçu üçün PSJ-dən 80 milyon avro tələb etdiyini yazıb.
saytlarin hazirlanmasi