Özildən şok qərar: millidən getdi!

00:07 - 23 İyul 2018

DÇ-2018-dəki uğursuzluğa görə tənqidlərə məruz qalan Məsut Özil Almaniya millisindəki karyerasını başa vurmaq qərarına gəlib.

 

Sportal.az xəbər verir ki, bu barədə futbolçu bu barədə özü açıqlama verib. 29 yaşlı Türkiyə əsilli futbolçu çoxlu tənqidlərdən sonra bu qərarı verib:

 

"Qalib gələndə alman, uduzanda qaçqın oluram. Dostlarım Podolski və Kloze heç vaxt lman polşalısı olaraq təqdim edilmirdi. Mən niyə alman türkü kimi təqdim edildim? Türkiyəli olduğum üçün? Müsəlman olduğum üçün?

 

Baş verən olaylardan sonra uzun müddət düşündüm və özümə qarşı irqçilik, hörmətsizlik hiss etdim. Buna görə də Almaniya millisinin formasını geyməyəcəm. Bu formanı böyük həyəcanla geyirdim, artıq bu, belə deyil.

 

Bu qərarı vermək çox çətin oldu, çünki komanda yoldaşlarım, məşqçi heyəti və Almaniyanın yaxşı insanları üçün hər şeyimi verdim. Federasiya rəsmilərinin mənim türk köklərimə hörmətsizıik etməsi və məni siyasi təbliğatda günahlandırmaları artıq yetər!"

 

Qeyd edək ki, Özil 2009-cu ildən Almaniya millisində çıxış edirdi.

Xəbər xətti