"Bavariya"nın idarə heyətinin sədri Karl-Hayns Rummenigge komandanın hücumçusu Robert Levandovski ilə bağlı yeni açıqlama verib.
Sportal.az xəbər verir ki, klub rəsmisi polşalı hücumçunun komandadan ayrılmayacağını açıqlayıb:
"Levandovskini satmağı düşnmürük. 100 milyon avro təklif etsələr də, hətta bu rəqəmi 150 milyona qaldırlasalar da, ən yaxşı futbolçularımızı satmayacağıq. "Bavariya" başqa klublara bənzəməz".
Levandovskinin xidmətində "Çelsi", "Mançester Yunayted", "Real" və PSJ kimi klubların maraqlı olduğu haqda şayiələr dolaşırdı.
Qeyd edək ki, Levandovski 2014-cü ildə "Borussiya"dan (Dortmund) "Bavariya"ya keçmişdi.
saytlarin hazirlanmasi