Rusiya Premyer Liqasında 3-cü turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu - Azər Əliyevin çıxış etdiyi "Krılya Sovetov" səfərdə digər Azərbaycan əsilli Ayaz Quliyevin oynadığı "Rostov"un qonağı olub. Qarşılaşmada "Krılya Sovetov" 1:0 hesabı ilə qalib gəlib.
Ayaz Quliyev 90 dəqiqə meydanda olub. Azər Əliyev isə 42-ci dəqiqədə meydana daxil olub. Onun meydana girməsindən sonra Samara təmsilçisi qol vurub.
"Krılya Sovetov" 3 turdan sonra 4 xalla turnir cədvəlində 4-cüdür. İlk məğlubiyyətini alan "Rostov" isə 6 xalla 3-cü yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi