Kovaçdan futbolçulara telefon qadağası

16:04 - 16 Avqust 2018

“Bavariya”nın baş məşqçisi Niko Kovaç futbolçular üçün yeni qaydalar tətbiq edib.

.

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis oyunçulara bazada telefon işlətməyə limit qoyub. Bu barədə "Bild" məlumat yayıb. Məlumata görə, Kovaç futbolçulara mobil telefondan istifadəni yeməkxanada, iclas və fizioterapiya otaqlarında qadağan edib. Kovaç futbolçulara yataq otaqlarına telefon işlətməyə qadağa qoymayıb. 46 yaşlı məşqçi futbolçuların telefonla məşğul olmaqdansa, bir-birləri ilə ünsiyyətdə olmasını istəyir.

 

Qeyd edək ki, Kovaç ötən mövsümün sonunda “Bavariya”ya baş məşqçi təyin olunub.

Xəbər xətti