Rusiyanın 21 yaşadək futbolçularından ibarət seçmə komandasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Serbiya və yoldaşlıq oyununda Misir komandaları ilə qarşılaşmalar üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Yevgeni Buşmanov kkomandanın düşərgəsinə 29 futbolçu çağırıb. Onun dəvət göndərdiyi oyunçular arasında “Rostov” klubunun Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev də var.
Rusiya sentyabrın 7-də Misir, 11-də isə Serbiya ilə qarşılaşacaq.
Qeyd edək ki, "Rostov"da mövsümə uğurlu start verən Ayaz Quliyev millimizin baş məşqçisi Qurban Qurbanovun da sərəncamında görmək istədiyi futbolçular sırasındadır.
saytlarin hazirlanmasi