Parqvayın "De Mayo" klubunda maraqlı hadisə baş verib.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Karlos Hara Saqyer stadionun ətrafında dolaşan sahibsiz köpəyi görüb və onu içəri aparmağa qərar verib.
Köpəyə Tesapara adı verilib. Stadionun içində bəslənən heyvan qısa müddət ərzində komanda üzvləri tərəfindən sevilib. Tesapara baş məqşçinin yanından ayrılmır və məşqlərdə onun ətrafında dolaşır. Bir sözlə, onun köməkçisi kimidir.
Köpəyin işi oyunlar zamanı da davam edir. O, ehtiyat oyunçular skamyasında olur. Tesapara məşqçiylə birgə mətbuat konfransına qatılır, bəzən də miks zonaya yollanır.
Tesapara bəzən oyunları tribunadan izləyir. Bununla da, köpək "De Mayo"da əhəmiyyətli oldu.
saytlarin hazirlanmasi