Rusiya millisində dopinq qalmaqalı

17:29 - 10 Sentyabr 2018

Rusiya millisinin və İspaniyanın "Valensiya" klubunun yarımmüdafiəçisi Denis Çerışevin atası Dmitri Çerışev oğlunun dopinqdən istifadə etdiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Dmitri Denisin DÇ-2018-dən əvvəl  inkişaf təkan verən preparatdan istifadə etdiyini etiraf edib. Rusiya Antidopinq Agentliyi və Ümumdünya Antidopinq Agentliyi məsələ ilə bağlı araşdırmaya başlayıb.

 

Qeyd edək ki, Çerışev DÇ-2018-də 5 oyuna 4 qol vurub. 27 yaşlı futbolçu Millətlər Liqasının ilk turunda Türkiyə ilə matçda (2:1) ilk qolun müəllifi olaraq, qələbədə pay sahibi olmuşdu. Rusiyalı oyunçu La Liqada 3 turdan sonra 1 qol vurub.

Xəbər xətti