Almaniyanın "Ştutqart" klubunun yeni transferi Nikolas Qonsales açıqlama verib.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu komanda yoldaşı Mario Qomeslə bağlı danışıb: "Qomeslə bir-birimizə uyğunlaşmışıq. Daha da yaxşı olacaq. "PlayStation"da həmişə Mario Qomeslə oynayırdım. İndi isə onunla çiyin-çiyinə oynayıram. Bu, qəribə bir şeydir".
Qeyd edək ki, "Ştutqart" 20 yaşlı forvardı "Argentinos Xuniors"dan 8,5 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi