"Qarabağ"ın rəqibində ayrılıq: "Milan"la müqavilə imzaladı

15:17 - 18 Sentyabr 2018

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Arsenal"da klubdaxili dəyişiklik reallaşıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin icraçı-direktoru İvan Qazidis klubdan ayrılıb. Funksioner fəaliyyətini "Milan"da davam etdirəcək. Afrika əsilli yunanıstanlı mütəxəssis "Milan"da da eyni vəzifədə çalışacaq. Onun illik maaşı 4 milyon avro olacaq.

 

"Arsenal" Qazidisin əvəzinə Raul Sanley və Vinay Vankateşi vəzifəyə qoyub.

Xəbər xətti