İspaniya millisinin və "Atletik"in(Bilbao) hücumçusu Niko Vilyams İngiltərəyə köçməyə hazırlaşır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Aston Villa" yayda ispaniyalını heyətinə qatmaq üçün hərəkətə keçəcək.
Amma Birmingem klubunun işi o qədər də asan olmayacaq. Məsələ burasındadır ki, "Barselona" və "Çelsi" də gənc futbolçunu transfer etməyi planlaşdırır.
Niko bu mövsüm İspaniya Primerosunda 26 oyuna çıxıb 3 qol vurub, 9 məhsuldar ötürmə edib. "Atletik"in yetirməsi olan 21 yaşlı forvardın Bilbao klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi