"Bavariya"nın Tomas Tuxeldən sonrakı dövr üçün baş məşqçisi müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi hazırda Avstriya millisini çalışdıran Ralf Ranqniklə razılaşmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər arasında illik maaşla bağlı razılıq əldə olunub. Hazırda klubun layihəsi, transfer siyasəti ilə bağlı müzakirələr davam edir.
Qeyd edək ki, Ralf Ranqnik 2022-ci ilin yayından Avstriya yığmasına rəhbərlik edir. Alman mütəxəssisin müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi