Maradona Meksikada uğurlu debüt etdi

15:33 - 18 Sentyabr 2018

Meksikanın II Liqa təmsilçisi "Dorados"un baş məşqçisi olan Dieqo Maradonanın debütü uğurlu alınıb.

 

Sportal.az xəbər verir ki, əfsanəvi argentinalının komandası 8-ci turun oyunları çərçivəsində evdə "Tapaçula"nı 4-1 hesabı ilə darmadağın edib. Bu, "Dorados"un cari mövsümdə ilk qələbəsi olub.

 

"Dorados" 6 xalla 18 komanda arasında 10-cudur.

Xəbər xətti