Messi ilə oteldə tanış oldu, bu gün rəqib olacaqlar FOTOLAR

16:37 - 18 Sentyabr 2018

Çempionlar Liqasının qrup mərhələsində "Barselona" - PSV oyunundan əvvəl maraqlı məlumat ortaya çıxıb.

 

Sportal.az xəbər verir ki, 10 il əvvəl "Barselona"nın "Levante"ni 5-1 hesabı ilə məğlub etdiyi oyundan sonra futbolçularla eyni oteldə qalan PSV-nin futbolçusu Steven Berqvein Lionel Messi ilə şəkil çəkdirmişdi. 20 yaşlı vinqer bu gün şəkil çəkdirdiyi futbolçuya qarşı oynamaq şansı qazanacaq. Hollandiyalı futbolçu həmin anı xatırlayıb və fikirlərini bölüşüb:

 

"Barselona" "Levante"ni 5-1 hesabı ilə məğlub etdiyi oyundan sonra bizim qaldığımız otelə futbolçular da gəlmişdi. Oteldə komputer otağı da var idi. Bəzi oyunçular orada vaxt keçirirdi. Mən də yaxınlaşıb, Messi ilə şəkil çəkdirdim. Maraqlıdır, indi də ona qarşı oynayacam".

 

Qeyd edək ki, "Barselona" - PSV oyunu bu gün Bakı vaxtı ilə 20-55-də başlayacaq.

 

Image result for steven bergwijn lionel messi

Image result for steven bergwijn lionel messiRelated image

Xəbər xətti