Roberto Bordin: "Hərəkətlərimə görə peşmanam"

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının V turunda səfərdə “Zirə”yə 2-1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə oyun barədə danışıb:

 

 - Yaxşı rəqibə qarşı oynadıq, onlar da qələbə qazanmaq istəyirdilər. Qələbəyə görə komandamızı təbrik edirəm. Kifayət qədər yaxşı oynadıq və liderliyimizi möhkəmləndirdik. Rəqibə gəlincə, onlar sonuncu pilləyə layiq deyillər.

 

- İlk hissənin son dəqiqələrində rəqibin baş məşqçisi ilə konfliktiniz oldu. Buna aydınlıq gətirin.

- Bunu konflikt kimi qeyd etməzdim. Sadəcə, bir-birimizi başa düşmədik. Hərəkətimizlə komandamızı pis vəziyyətə qoyduq. Bu hərəkətlərimə görə peşmanam.

 

- Mirabdulla Abbasov son zamanlar karyerasının zirvəsindədir. Onu milliyə layiq görürsünüz?

- Əlbəttə, hansısa futbolçumun milliyə dəvət alması sevindirici haldır. Mirabdulla yaxşı futbolçudur, öz üzərində çalışır. 

 

- Komanda qol vuranda müdafiəyə çəkilir, bundan sonra isə arxa xətdə səhvlər edirsiniz.  Buraxılan qollar sizi narahat edirmi?

- Futbol müdafiə və hücumdan ibarətdir . Düşünmürəm ki, biz arxaya çəkilirik, lazım olanda hücum edirik. İmkan düşdükcə boşluqlar tapıb qol vurmağa çalışırıq. Düşünmürəm ki, müdafiə futbolu oynayırıq.

Tarix: 22 Sentyabr [23:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio